Etibarlı sülh platformasına çevrilən Azərbaycan: Zelenskinin rəsmi səfərinin təsdiqlədiyi regional güc reallığı

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri qısamüddətli olsa da, siyasi məzmununa görə diqqət çəkən hadisəyə çevrildi.

media-banner_tuq

Bu səfər yalnız altı sazişin imzalanması və rəsmi görüşlərlə məhdudlaşmadı. O həm də Ukraynanın yeni regional xətt qurmaq cəhdinin, Azərbaycanla münasibətlərin dərinləşməsinin və Bakının diplomatik rolunun artdığının göstəricisidir.media-69ec6ffd7906f69ec6ffd79070177710284569ec6ffd7906c69ec6ffd7906d

Səfərin simvolik tərəfi də xüsusi vurğulanmalıdır. Çünki Zelenski prezident seçiləndən sonra ilk dəfə məhz postsovet məkanına səfər etdi və bu səfər üçün Azərbaycan seçildi. Bu fakt Ukraynanın regiona yenidən diqqət yetirməyə başladığını göstərən mühüm siyasi siqnaldır.

Körfəz, Türkiyə və Azərbaycan: bir diplomatik zəncirin davamı

Zelenskinin özü də çıxışında bu səfəri ayrıca hadisə kimi deyil, daha geniş diplomatik xəttin davamı olaraq təqdim etdi. O bildirdi ki, Ukrayna son dövrdə Avropa və ABŞ ilə yanaşı, Körfəz ölkələri və Türkiyə ilə əlaqələri fəallaşdırır və Azərbaycan səfəri bu prosesin növbəti mərhələsidir.

Bu yanaşma göstərir ki, Kiyev yalnız Qərbə deyil, paralel olaraq Yaxın Şərq və Cənubi Qafqaz istiqamətində də yeni tərəfdaşlıq xətti qurmağa çalışır. Azərbaycan isə bu siyasətdə həm coğrafi, həm də siyasi baxımdan uyğun tərəfdaş kimi ön plana çıxır.

Təşəkkür mesajları və davamlı dəstək xətti

Səfər zamanı Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi xüsusi vurğulayaraq bildirdi ki, müharibənin ən ağır dövrlərində Azərbaycan Ukraynanı tək qoymayıb, xüsusilə enerji sahəsində göndərilən 11 yardım paketi mühüm rol oynayıb. O həmçinin yüzlərlə ukraynalı uşağın Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunmasına görə təşəkkürünü ifadə etdi və bu dəstəyin əvvəlki çıxışlarda da dəfələrlə qeyd olunduğunu xatırlatdı.media-69ec92a838ac069ec92a838ac1177711172069ec92a838abe69ec92a838abf

Bu isə Azərbaycanın Ukrayna üçün sabit və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərən mühüm göstərici sayılır.

Azərbaycan tərəfi də Ukraynanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə edib. Bu mövqenin simvolik ifadələrindən biri sonuncu Şuşa Qlobal Media Forumu zamanı səsləndirilən mesaj oldu. Prezident İlham Əliyev həmin forumda ukraynalı nümayəndəyə işğalla barışmamağı tövsiyə edərək ərazi bütövlüyü prinsipinin dəyişməz olduğunu bildirmişdi. Bu mövqe Ukraynada siyasi və mənəvi dəstək kimi qəbul edildi.

Hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq

Səfərin mərkəzində müdafiə sənayesi və təhlükəsizlik məsələləri dayanırdı. Prezident İlham Əliyev mətbuat konfransında qeyd etdi ki, hərbi-texniki əməkdaşlıq sahəsində böyük perspektivlər var və birgə istehsal imkanları genişdir.

Zelenski isə vurğuladı ki, Ukrayna müharibə şəraitində qazandığı təcrübəni tərəfdaş ölkələrlə bölüşmək niyyətindədir və Azərbaycanla birgə istehsal imkanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə dron texnologiyaları və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq mövzusu səfərin əsas istiqamətlərindən biri kimi təqdim olundu.

Rusiya ilə danışıqların Bakı mərhələsi başlayır?

Səfərin ən diqqət çəkən siyasi məqamlarından biri Azərbaycanın mümkün vasitəçi roluna işarə edilməsi oldu. Zelenski açıq şəkildə bildirdi ki, əgər Rusiya diplomatiyaya hazır olsa, Ukrayna danışıqları Azərbaycanda aparmağa hazırdır.
Bu fikir Bakının regional siyasətdə artan rolunun göstəricisi kimi qiymətləndirilir.media-sdbgxwhjn1dsmvgmcbkwg7xxsarhf45dvy35fewx_1200

Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə münasibətlər saxlaması onu potensial dialoq platforması kimi təqdim edən əsas amillərdən biri hesab olunur. Qeyd edək ki, bir müddət öncə Suriya Prezidenti Əhməd Əl-Şaraa və Suriya heyəti də İsrail ilə məhz Bakıda görüşmüşdü. Bundan öncə Türkiyə-Rusiya böhranı zamanı da Bakı Astana ilə birlikdə məsələnin müsbət həllində ciddi rol oynamışdı.

Qəbələ: təkcə məkan yox, həm də simvolik qayıdış

Bu səfərin ən maraqlı detallarından biri də görüşün məhz Qəbələdə keçirilməsi oldu. Bu qərarın yalnız təhlükəsizlik və logistika ilə izah edilməsi yetərli deyil. Burada açıq şəkildə simvolik məna var.

Çünki Zelenski prezident seçilməmişdən əvvəl Azərbaycana səfəri zamanı da məhz Qəbələdə olub. Zelenski 2017-ci ilin iyun ayında Qəbələdə keçirilən 12-ci “Veselo” Yumor və Musiqi Festivalında “Kvartal-95” yumor qrupunun tərkibində azərbaycanlı tamaşaçıların qarşısında çıxış edib. Hətta Vəndam qəsəbəsindən şəkil belə paylaşıb. Yəni bu şəhər onun üçün yeni deyil. İllər sonra artıq dövlət başçısı statusunda yenidən eyni şəhərə qayıtması təsadüfi diplomatik detal kimi yox, simvolik qayıdış kimi qiymətləndirilə bilər.

Bu baxımdan, Qəbələdə qarşılanması həm şəxsi siyasi yaddaşın, həm də münasibətlərin davamlılığının simvoludur. Başqa sözlə, bu səfər yalnız yeni əməkdaşlıq mərhələsinin başlanğıcı deyil, əvvəlki əlaqələrin davam etdiyini göstərən mesajdır.

Ukrayna mediası səfəri necə gördü?

Ukrayna mediası Zelenskinin Azərbaycana səfərini ümumilikdə strateji hadisə kimi qiymətləndirdi və əsas diqqəti təhlükəsizlik, tərəfdaşlıq və diplomatik rol məsələlərinə yönəltdi.media-screenshot_20260426_232715_chrome

Məsələn, Ukraynanın rəsmi informasiya agentliyi “Ukrinform” səfərlə bağlı materiallarında imzalanan sazişlərin xüsusilə müdafiə və təhlükəsizlik sahəsinə aid olduğunu vurğuladı və birgə istehsal perspektivini ön plana çıxardı.

Nüfuzlu nəşr “Kyiv Post” isə Azərbaycanla əməkdaşlığı Ukraynanın regional siyasətində yeni mərhələ kimi qiymətləndirdi və bu səfəri strateji tərəfdaşlıq addımı kimi təqdim etdi.media-screenshot_20260426_233245_chrome

“The New Voice of Ukraine” saytı isə səfərin diplomatik tərəfinə diqqət çəkərək Bakının mümkün sülh platforması kimi önə çıxdığını vurğuladı.

Ümumilikdə Ukrayna mediasının yanaşması belə oldu: Zelenskinin Azərbaycana səfəri qısamüddətli rəsmi görüş deyil, qarşılıqlı dəstək üzərində qurulan Azərbaycan-Ukrayna münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən siyasi hadisədir.

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05