ETSN çaylarda suyun səviyyəsini izləyir

media-hightechnic-468x90

Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb. Hazırda da Debed çayında sel davam edir.

media-banner_tuq

Bunu Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da səviyyənin artımı davam edir.

A.Verdiyev avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirib:

“Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir. Yaranmş vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05