ETX vətəndaşlara müraciət etdi: DDoS hücumları həyata keçirildi
Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır.
Yenicag.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.
Qurumdan əlavə olunub ki, bu hücumların məqsədi veb resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır.