!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Euro-2020 Volunteer Digital Kick-off” tədbiri təşkil olunub

!Reklam – Yazi
Avro-2020 könülləri üçün “Euro-2020 Volunteer Digital Kick-off” tədbiri təşkil olunub.
Yenicag.az xəbər verir ki, tədbirdə iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov könüllüləri salamlayıb, onlara Avro-2020 oyunlarında iştirakı ilə əlaqədar təbrik edib. Könüllülərin Avro-2020-dəki önəmi haqda geniş bəhs edən E.Məmmədov onlara uğurlar arzulayıb.
Daha sonra tədbirin qonaqları Avro-2020-nin Bakı səfiri Vəli Qasımov və Avro-2020-nin Bakı Könüllülərinin səfiri Taleh Yüzbəyov çıxış ediblər. Tədbirdə könüllülər üçün əsas treyninq məlumatları paylanılıb və “Volunteer Application” təqdim olunub. Tədbir ərzində Ayaz Babayev və “Eurovision” təmsilçisi Səmra Rəhimli musiqi nömrələri ilə çıxış ediblər.
Tədbir müddətində “ZOOM” Platforası üzərində 1000 nəfər, “Teams” üzərindən 350 nəfər, “Facebook” qrup daxil olmaqla, 2000-dən artıq əsas könüllü və ehtiyat könüllü tədbiri canlı olaraq izləyib. Tədbir eyni zamanda ictimaiyyət üçün UEFA Volunteers Baku “Facebook” səhifəsindən canlı olaraq yayımlanıb.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv