Everestdə Wi-Fi var

media-hightechnic-468x90

everestede vayfay var (1)Müasir texnologiyalar yavaş-yavaş dünyanın ən əlçatmaz yerlərinə də gəlib çıxır. Ötən həftə Everest dağının əsas düşərgəsində (Nepal tərəfdən) simsiz Wi-Fi xidməti istifadəyə verilib. Bunun vasitəsilə artıq düşərgəyə aid olan bütün ərazidə internet şəbəkəsinə giriş daha asan olacaq. Bu xidmət Nepal hökumətinin Kxumbu vadisi bölgəsini müasir texnologiyalarla təmin etmə proqramının bir hissəsidir. “Everest Link” şirkətinin müdiri Buddhi Tamanq bildirib: “Alpinistlərin və digər adamların internetə giriş proseslərini daha da asanlaşdırmağa çalışırıq. Bu onlara dünya ilə daima təmasda olmağa imkan verəcək. Bu proqram sayəsində Kxumbu dağ bölgəsinə gələn və ya burada yaşayan hər bir kəs dünya ilə daha ucuz ünsiyyətə girə bilər. Əvvəllər onlar yalnız bahalı peyk rabitəsi vasitəsilə ünsiyyət saxlayırdılar”.

(olaylar.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600