Evinizdəki səssiz TƏHLÜKƏ: "Roblox" uşaqların şüurunu necə zəhərləyir?

media-hightechnic-468x90

Son illərdə uşaqlar arasında geniş yayılmış “Roblox” platforması əyləncəli oyun mühiti kimi görünsə də, nəzarətsiz istifadə edildikdə şəxsi məlumatların qorunması və onlayn təhlükəsizlik baxımından ciddi risklər yarada bilər.

Yenicag.az-a açıqlamasında İT mütəxəssisi Əmrah Mövsümzadə bildirib ki, “Roblox” sosial ünsiyyət elementlərinə malik platforma olduğu üçün uşaqlar oyun zamanı fərqində olmadan şəxsi məlumatlarını paylaşa bilirlər.

media-media-whatsapp-image-2025-11-12-at-16-22-30-c80frn-229x300

Onun sözlərinə görə, əsas risklərdən biri şəxsi məlumatların yayılmasıdır:

“Uşaqlar çat vasitəsilə yaş, məktəb, yaşadıqları şəhər, hətta telefon nömrəsi kimi məlumatları paylaşa bilirlər. Xüsusilə kiçik yaşlı uşaqlar bu məlumatların riskini tam dərk etmədikləri üçün sonradan dələduzluq, şantaj və onlayn təqib halları ilə üzləşə bilərlər.”

Əmrah Mövsümzadə bildirib ki, digər təhlükə platformada mövcud olan gizli risklər və kiberistismar hallarıdır. Belə ki, “Roblox”da istifadəçilər tərəfindən yaradılan oyunların hamısı eyni səviyyədə nəzarətdən keçmir:

“Bəzi hallarda uşaqlar yad şəxslər tərəfindən manipulyasiyaya məruz qala, psixoloji təzyiq və uyğun olmayan məzmunla qarşılaşa bilərlər. Eyni zamanda ‘pulsuz Robux’ və müxtəlif üstünlüklər vədi ilə paylaşılan saxta linklər uşaqların hesab məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər.”

Mütəxəssis qeyd edib ki, valideynlərə bu cür risklərin qarşısını almaq üçün bir sıra tədbirlər görmək tövsiyə olunur:

“Valideynlər uşaq hesablarında məxfilik və təhlükəsizlik ayarlarını aktiv etməli, çat funksiyalarını məhdudlaşdırmalı və kənar şəxslərlə ünsiyyəti nəzarətdə saxlamalıdırlar. Güclü parol və iki mərhələli təsdiqin (2FA) tətbiqi vacibdir.”

“Roblox” özlüyündə təhlükəli platforma deyil, lakin valideyn nəzarəti olmadan istifadə edildikdə uşaqlar üçün ciddi risk mənbəyinə çevrilə bilər.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa