Evlərdən oğurluq edən şəxslər saxlanıldı

media-hightechnic-468x90

Paytaxt ərazisində oğurluq edən 3 nəfər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1900 manat dəyərində televizor və müxtəlif məişət əşyaları oğurlanıb.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Kərimov saxlanılıb.

Bundan başqa, Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən 450 manat pul və sənəd, Yasamal rayonunda isə bir marketdən 2000 manat oğurlamaqda şübhəli bilinən 39 yaşlı R.Məmmədov və 38 yaşlı A.Balaşov da saxlanılıblar.

Araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600