!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evlərlə bağlı sığorta kompensasiyasının AZLIĞI: "Qiymətlər dəfələrlə artıb, 25 min manat gülünc məbləğdir"

!Reklam – Yazi

“Evinin sənədi olan hər bir vətəndaş sığortaya məcburi şəkildə cəlb edilir”.

Bu fikirləri sığorta haqları və kompensasiyalarının azlığı barədə danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sənədsiz və qəzalı vəziyyətdə olan evlər sığortaya cəlb edilmədiyi üçün şirkətlər belə evləri sığortalamaqda maraqlı olmur:

“Evlərin sığortası ilə bağlı ölkəmizdə daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta məhsulu mövcuddur. Bu məhsul məcburi xarakter daşıyır. Evinin sənədi olan hər bir vətəndaş sığortaya məcburi şəkildə cəlb edilir. İnzibati Xətalar Məcəlləsində qeyd olunub ki, əgər vətəndaş evini sığorta etmirsə, cərimə tətbiq oluna bilər. Lakin inzibati protokolun nümunəsi olmadığından bununla bağlı cərimə protokolu yazıla bilmir. Bu da formal xarakter daşıyır. Hər halda, daşınmaz əmlakın sığortası özlüyündə müsbət haldır.

Sığorta haqqı və konpensasiyası 2011-ci ildə – paytaxtda evlərin qiymətinin daha ucuz olduğu bir dövrdə müəyyən olunmuşdu. Bakı şəhəri üçün əlli manat müqabilində 25 min manatlıq sığorta təminatı nəzərdə tutulurdu. Həmin dövrdə Bakıda minimum 25 minlik ev almaq mümkün idi.
Lakin biz hazırda qiymətlərin dəfələrlə artdığının şahidi oluruq. Lakin bunun üzərindən 13 il keçib. Hazırda sığorta kompensasiyası Bakıda 25 min, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min, digər bölgələrdə 15 min manatdır, sığorta haqqı 50, 40, 30 manat təşkil edir. Lakin Bakıda evlərin qiymətinə baxsaq, təklif olunan 25 min çox gülünc bir məbləğdir. Ona görə də sığorta kompensasiyalarının artırılması ilə yanaşı, sığorta haqlarının artırılması da düz mütanasib olacaq.
Digər tərəfdən, Mülki Məcəllədə qeyd olunduğu kimi, sənədsiz və qəzalı vəziyyətdə olan evlər sığortaya cəlb olunmadığına görə sığorta şirkətlərinin belə evləri sığorta etdirməkdə marağı olmur”

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

2231
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv