Belarusda evli qadınlar arasında gözəllik yarışması keçirilib.
Yenicag.az xəbər verir ki, paytaxt Minskdə keçirilən yarışmanı 31 yaşlı aktrisa və jurnalist olan Yekatirina Sakoviç qazanıb.
O, 2019-cu ildə Çində keçiriləcək “Dünyanın ən gözəl evli qadını” yarışmasında iştirak etmək hüququ qazanıb.