Evliliyinin 1 ilini qeyd edən Sevinc Musayeva: “Buna icazə verməyəcəyik” – FOTOLAR

 

“Kim ki yalnız xoş günlərimizdə yanımızda oldu və çətin anlarda əlimizdən tutmağı bacarmadı, onları unudub, heç vaxt həyat yolumuzda bizə mane olacaqlarına icazə verməyəcəyik…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Sevinc Musayeva təəssüratını bölüşərkən deyib. Ailə həyatının bir ilini qeyd edən sənətçi bu bir il ərzində yaşantılarını dilə gətirib: “Ailə həyatımızın bir ili tamam olur. Tam bir il öncə sevərək, sevgi üzərində ailə qurduq. Bu bir il ərzində özümüz üçün heç nə etmədik. Bu bir il ərzində çətin və xoş günlərimiz oldu. Kim çətin günlərimizdə yanımızda oldusa, onları heç vaxt unutmayacağıq və həmişə ürəyimizdə onların yeri qalacaq.

Kim ki yalnız xoş günlərimizdə yanımızda oldu və çətin anlarda əlimizdən tutmağı bacarmadı, onları unudub, heç vaxt həyat yolumuzda bizə mane olacaqlarına icazə verməyəcəyik. Artıq bu gündən özümüzə söz verdik ki, özümüzlə məşğul olaq, özümüzü dəyərləndirək”.

 

Cəvahir