!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eyni dairələrdə “toqquşan” müxalif namizədlər: Onlar bir-birilərinə qarşı “döyüşəcəklər”

!Reklam – Yazi

Müxalifət partiyalarının ölkənin seçki dairələri üzrə namizədlərini razılaşdıracaqları haqda bəyanatları öz aktuallığını itirib.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ardınca Müsavat başqanı Arif Hacılının da 15 saylı Yasamal ikinci Seçki Dairəsindən öz namizədliyini irəli sürməsi müxalifət təmsilçilərinin siyasi rəqiblərindən çox bir-birilərinə qarşı mübarizəyə üstünlük verdiyini göstərir.

Maraqlıdır ki, ADP və Müsavat sədrlərinin üz tutduqları 15-ci dairədən 2010 və 2015-ci il seçkilərində ətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev namizəd olub. O baxımdan, həmin dairədən yenə də Əli Əliyevin öz namizədliyini irəli sürəcəyi gözlənilən idi. Lakin VİP seçkilərdə iştirak haqqında hələ qərar vermədiyi üçün məsələ açıq qalır.

 

Müxalifətçi namizədlərin eyni dairələrə üz tutmalarının nə dərəcədə doğru olmasını Yenicag.az-a dəyərləndirən ADP sədri Sərdar Cəlaloğlu bu “toqquşama”da özünü günahkar görmür:

“Arif Hacılı mənə zəng edib dedi ki, görüşək, dairələr üzrə namizədlərimizi razılaşdıraq. Bu sualların hamısının cavabını ancaq Arif Hacılı verə bilər. Ondan sonra namizədliyimi versəydim, o zaman sizin suallara cavab verərdim.

Mənim üçün heç bir fərqi yoxdur, ya YAP-çı ilə mübarizə aparım, ya da müsavatçı ilə – eyni şeydir. Əslində, bu məsələ artıq maraqlıdır, görək, iki müxalif namizəddən hansı ictimai rəydə üstün ola biləcək. Mənim üçün bu seçki həm də rəy sorğusu olacaq”.

Sözügedən seçki dairəsindən iki dəfə deputatlığa namizəd olmuş VİP sədri Əli Əliyev isə Yenicag.az-a açıqlamasında müxalifətin əsas namizədlərinin eyni dairəyə üz tutmalarının doğru olmadığını deyib:

“Ola bilər, partiyamız 9 fevral seçkilərinə qatılmasın. Dekabrın 15-də keçirilmiş Məclis toplantısında seçkidə iştirakla bağlı qərar verilməsə də, ayın 21-də bu məsələyə tam aydınlıq gələcək.

Bəli, mən 15-ci darədən iki dəfə namizəd olmuşam və orada xeyli əmək sərf etmişəm. Orada bizə uyğun seçici kontingenti var. Təəssüf edirəm ki, müxalifətin daxilində hələlik etik münasibətlər o dərəcədə formalaşmayıb. Namizədliyin irəli sürülməsində başqalarının rəyi öyrənilmir, sanki məqsədli şəkildə rəqib olmağa hazırlaşırıq.

Artıq görünür ki, bir çox dairələrdə belə toqquşma halları olacaq. Bunun belə olması yalnız narazı elektoratı parçalayır, hakimiyyətin namizədinin şanslarını yüksəldir.

Hələlik qərarımız olmasa da, namizədliyimi istər 15-ci, istərsə də 18-ci dairədən irəli sürə bilərəm. dairədən də namizədliyimi verə bilərəm. 18 saylı dairədən də namizədliyimi verə bilərəm. Partiyanın qərargahının yerləşdiyi 17 saylı seçki dairəsini də nəzərdən keçirməyimiz mümkündür.

Ancaq yenə deyirəm, müxalifət namizədlərinin eyni dairələrdə rəqib olmaları xoşagələn hal deyil və bu addım YAP-ın namizədini sevindirəcək”.

Mövzu ilə bağlı Müsavat Partiyasının başqanı Arif Hacılının fikirlərini öyrənmək cəhdimiz isə davamlı zənglərimizə cavab verilməməsi üzündən nəticəsiz qaldı.

Səxavət Məmməd

COP29

www.yenicag.az

953
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv