Eyvanda paltar asanlar CƏRİMƏ OLUNACAQLAR

media-hightechnic-468x90

İspaniyanın bir sıra şəhərlərində eyvanlarda və binaların xarici fasadında paltar qurutmağa görə sərt sanksiyalar tətbiq edilməyə başlanılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, küçədən görünəcək şəkildə paltar asan vətəndaşlar artıq ağır pul cərimələri ilə üz-üzədir. Cərimələrin məbləği şəhərlərə görə dəyişsə də, bəzi bölgələrdə bu rəqəm 1500 avroya (təxminən 2700-2800 manat) qədər çatır.

Mursiya bölgəsinin Lorka şəhərində qüvvəyə minən yeni qaydalara əsasən, eyvanlarda və ya binanın xarici fasadında görünəcək şəkildə paltar qurutmağın bədəli 151 avrodan başlayır və 1500 avroya qədər yüksəlir. Yerli rəhbərlik bu addımın binaların xarici görünüşünü qorumaq və “ictimai asayişi pozan davranışların” qarşısını almaq məqsədi daşıdığını bəyan edib.

Lorka bələdiyyə başçısı Fulensio Jil (Fulencio Gil) bildirib ki, binaların və eyvanların görünüşü şəhərin imicinə birbaşa təsir edir. Bu səbəbdən daha nizamlı bir şəhər mənzərəsi yaratmaq üçün belə bir addım atılıb.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05