“Facebook.com” domeni satışa çıxarıldı

media-hightechnic-468x90

“Facebook”un (facebook.com) domeni satış əməliyyatları üzrə ixtisaslaşmış “Whois” saytında satışa çıxarılıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, buna internet istifadəçiləri rast gəliblər. “Twitter” sosial şəbəkəsinin təsisçisi Cek Dorsi də müvafiq məlumatı öz səhifəsində yerləşdirib.

Adıçəkilən saytdakı elanda satıcının kim olduğu və domenin qarşılığında nə qədər gəlir əldə etmək istədiyi göstərilmir.

“Facebook” bu məlumatı şərh etməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa