“Facebook”-da necə pul qazanmaq olar?

media-hightechnic-468x90

facebooktan-para-kazanmanin-yolu-0407151200_l2“Facebook” sosial şəbəkəsinin ödənişli televiziya kanalı HBO (Home BOX Office) ilə əməkdaşlığı sayəsində istifadəçilər üçün xüsusi video imkanları nəzərdə tutulan yeni layihə yaradılır.

Yenicag.az xəbər verir ki, Facebook, hazırda reklam əsaslı video platforması üzərində çalışır.

Bildirilir ki, artıq bir müddətdir ki, sözügedən sosial şəbəkədə xəbər materiallarının içərisində reklam verilirdi. Buna nəzərən, gələcəkdə videoda süjet arası reklam da istifadəçinin qarşısına çıxacaq.

Facebook bununla rəqibi “Youtube”-u geridə qoymağı planlayır. Layihənin xüsusi özəlliyi odur ki, video reklamlarından əldə edilən gəlirin 55%-i video yerləşdirən istifadəçiyə, geri qalan 45 %-i isə Facebook-un payına düşür.

Facebook-un burada əsas məqsədi gəlir əldə etmək deyil, məhz “Youtube” kanalını bir rəqib olaraq sıradan çıxarmaqdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600