!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Faciənin şokundan çıxa bilməyən Xalq artisti: “Nə qədər ailələr gözüyaşlı qaldı”

!Reklam – Yazi

“Dünəndən özümə gələ bilmirəm. Xəbəri eşidəndə sarsıntı keçirdim”.

Bunu Yenicag.az-a açıqlamaında Xalq artisti, ustad tarzən Möhlət Müslümov Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda elan olunan matəm günündə deyib.

Xalq artisti hadisənin şokundan hələ çıxa bilmədiyini də əlavə edib:

“Dünəndən özümə gələ bilmirəm. Xəbəri eşidən kimi sarsıntı keçirdim. O qədər təyyarələrdə uçmuşuq, başımıza xoşagəlməz hadisələr də yaşanıb. Bir anlıq özümü onların yerində hiss etdim. Görün, nə qədər ailələr, uşaqlar gözüyaşlı qaldı. Çox ağır dərddir. Mən artıq baxa bilmirdim o kadrlara, çünki özümü ələ ala bilmirdim. Dəhşətə gəlir adam. Səhər evindən çıxıb təyyarəyə minəsən, bir anın içində yox olasan. Bu, dəhşətdir. Çox üzgünəm, danışmağa söz belə tapmıram. Allah xalqımıza səbir versin, Allah bir daha belə dərd göstərməsin bizə”.

Cəvahir

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv