Faiq Ağayev aparıcını SUSDURDU: “Ədəbsiz həngamə qoparmaqdansa...”
Aparıcı Nigar Fərhadın efirdə səsləndirdiyi “Atasız qızı oğluma almaram” sözləri sənət adamları arasında da sərt qarşılanıb.
Yenicag.az xəbər verir ki, Xalq artisti Faiq Ağayev sosial media hesabında paylaşım edərək qarşı tərəfin fikirlərinə sərt reaksiya verib:
“O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, “oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi izn vermərəm”. Yenə başadüşülən olar. Eynən, “qızımı qadına hörmət etməyən oğlana vermərəm” fikri kimi. Əvəzində mağara düşüncəsi qoyur ortalığa. Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin “ağıl kitabı” nəinki bağlanıb, görünür, heç açılmayıb… Çox acınacaqlı haldır”.
Nehru