Azərbaycanda sentyabrın 18-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi Daşkəsən, Gədəbəy, Qrız, Quba, Laza (Qusar), Şəki, Xaltan, Qax, Göygöl, Şahdağ, Biləsuvarda arabir yağış yağıb.
Bəzi yerlərdə leysan xarakterli olub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.
www.yenicag.az