!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fars rejiminin “Şuşi” gedişinə Təbriz Yolu ilə CAVAB: “Bu kimi addımlara adekvat qarşılıq verməliyik” - TƏKLİF

!Reklam – Yazi

“Güney Azərbaycanın şəhər adlarını müəyyən yerlərə verməklə, bütöv Azərbaycan duyğusunu gücləndirməliyik”.

Bu fikirləri Şəhər Şurasının qərarı ilə İranın paytaxtı Tehranda bir neçə küçə və xiyabana “Şuşi”, “Badikubə” və “Nardaran” adların verilməsinə münasibət bildirən siyasi ekspert Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran bununla növbəti dəfə öz səfini, kimin yanında olduğunu nümayiş etdirir:

“Fars rejimi Tehranda küçə adlarını bu sayaq dəyişdirməklə, əslində, guya bizi cırnatmağa çalışır. Həm də ki onlar bununla növbəti dəfə öz səflərini, kimin yanında olduqlarını nümayiş etdirdilər.

Fikrimcə, Azərbaycan belə addımlara təmkinli yanaşmalı və buna özünəməxsus qarşılıq verməlidir. Məsələn, mən hələ bir neçə il əvvəl təklif etmişdim ki, Bakının Salyan şosesi adlanan cənuba çıxış yolu Təbriz yolu adlandırılsın.

Bununla da Azərbaycan Respublikasında tədricən Güney Azərbaycanın şəhər adlarını müəyyən yerlərə verməklə, bütöv Azərbaycan duyğusunu gücləndirməliyik.

Eyni zamanda, Bakının şımala çıxış yolunda yerləşən Moskva prospekti də Dərbənd yolu adlandırılmalıdır. Ölkədən qərbə istiqamətlənən yol isə Borçalı yolu adlandırıla bilər”.

Qeyd edək ki, Tehranda bəzi küçə adlarına Azərbaycan şəhərlərinin təhrif edilmiş adlarının verilməsi haqda məlumatı xaricdə yaşayan jurnalist Elbəyi Həsənli yayımlayıb.

A.Zeynalov

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv