Fazil Məmmədov işçilərinin maaşını vermir

media-hightechnic-468x90

Keçmiş nazir postunu itirdikdən sonra onun biznes obyektlərində maaş problemi yaranıb.

Yenicag.az xəbər verir ki, sabiq vergilər naziri, ötən ay vəzifəsindən azad edilən Fazil Məmmədovun əsasən, Qərb bölgəsində yerləşən biznes şəbəkəsinə daxil olan müxtəlif profilli şirkətlərində yaranan qeyri-müəyyənlik getdikcə dərinləşir.

Yaxın müddətə qədər Azərbaycanın ən qüdrətli məmur-oliqarxlarından biri olan Fazil Məmmədovun nazir kreslosunu təhvil verdikdən sonra sürətlə “böhran zolağı”na düşdüyünə dair xəbərlər daxil olmaqdadır. Məlumata görə, “oyundankənar” vəziyyətə salınmış Məmmədovun ölkə ərazisində qurduğu geniş biznes şəbəkəsi idarəetməz vəziyyətə gətirilib.

Qeyd olunur ki, keçmiş nazirin düşdüyü vəziyyət onun müxtəlif şirkətlərində çalışan işçilərinin maaşsız qalması ilə nəticələnib və onlara əməkhaqqını nə zaman ala biləcəklərinə dair konkret söz deyilmir.
Əslində, bu vəziyyət vəzifəsindən azad edilən məmur-oliqarxlar üçün xarakterik haldır.

“Vurulan” məmurların vəzifədə olduqları müddətdə səlahiyyətlərindən yararlanaraq, qurduqları biznes onların postlarını itirmələrindən sonra “domino effekti” ilə bir anda “dağılır”. O mənada Fazil Məmmədov və onun biznesi də istisna olmayıb.

Məlumatı dəqiqləşdirmək üçün keçmiş nazir və onun yaxın çevrəsindəki şəxslərlə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600