ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmisi inflyasiyanın 2 faizlik həddə endirilməsi üçün məhdudlaşdırıcı pul siyasətinin müəyyən müddət davam etməsinin vacibliyini bildirib.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, FED-in faiz dərəcələrinin həddi ilə bağlı mövqeyi hələ tam qətiləşməyib.
ABŞ-da açıqlanan ən son istehlak qiymətləri indeksi (CPI) məlumatlarına görə, inflyasiya keçən il təqribən 9 faizdən 3,7 faizə düşüb.
FED rəsmisi Mişel Bovman iştirak etdiyi bank konfransında bu məsələyə toxunaraq bildirib ki, əgər məlumatlar inflyasiyanın dayandığını və ya indiki tempin 2 faizə endirilməsi üçün çox yavaş olduğunu göstərərsə, o zaman federal fondların dərəcəsinin artırılmasını dəstəkləmək mümkündür.
www.yenicag.az