!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FED sədrinin çıxışı kriptovalyuta bazarını silkələdi

!Reklam – Yazi

Kripto sənayesində yaşanan böhran gələcəkdə daha geniş maliyyə qarışıqlığına səbəb ola bilər.

Yenicag.az “Oda Tv”yə istinadən xəbər verir ki, Fransa Bankının təşkil etdiyi “Rəqəmsal Valyuta” tədbirində çıxış edən ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel son illərdə məşhur olan rəqəmsal valyutalardan danışıb.

Onun sözlərinə görə, FED tərəfindən rəqəmsal valyutalar üçün heç bir qərar olmayacaq.

“FED üçün mərkəzi banklar pul üçün əsas etibar mənbəyidir. Düşünürük ki, bundan sonra da belə olacaq. Sabit sikkələr isə bu etibarı emitentlərindən alırlar. Əksəriyyəti dollara əsaslanan bu stabilkoinlər xidmətdə fasilələrlə üzləşə bilər”, – deyə Pauel qeyd edib.

Pauelin çıxışı kriptovalyuta bazarını hərəkətə gətirib. “Bitcoin” günə 19 200 dollardan başlayıb. Halbuki Pauelin çıxışından əvvəl investorların optimist gözləntiləri səbəbindən 6 faiz artaraq 20 300 dollara çatmışdı. Çıxışdan sonra kriptovalyuta 20 min bandın üzərində hərəkət edir.

Gülşən

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv