!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fələstin ABŞ-ın vasitəçiliyindən imtina etdi - Prezident açıqladı

!Reklam – Yazi

Fələstin İsrail ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina edib.

Yenicag.az xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib. O, məsələ ilə bağlı açıqlamasında bunları söyləyib:

“Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımağa dair qərarı “dəlilikdir”. Bu andan etibarən, biz fələstinlilər olaraq, sülh prosesinin irəliləməsi işində ABŞ-ın vasitəçilik missiyasından imtina edirik. Yeni dövr başlayır, biz ABŞ-ın bu mövqeyini tamamilə rədd edirik və hüquqlarımıza riayət olunmasına nail olmaq niyyətindəyik”.

Fələstin lideri Mahmud Abbas da ABŞ prezidentinin Qüdsün İsrailin paytaxtı kimi tanıması qərarına münasibət bildirib. O, ölkənin İsrail ilə danışıqlarda Amerikanın vasitəçiliyindən imtina etməsi barədə qərarını təsdiqləyib:

“ABŞ Trampın bəyannaməsindən sonra sülh danışıqlarında vasitəçi ola bilməz”.

COP29

www.yenicag.az

2132
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv