Fələstin məsələsində gözlənilməz MÖVQE: Avropa önə çıxır, ərəb ölkələri GERİ ÇƏKİLİR

media-hightechnic-468x90

“Fələstin dövlətini, xüsusilə xristian dünyasının tanıması və son günlərdə bu istiqamətdə addımların artması Avropa ölkələrindəki ictimai təzyiqlə, həmçinin son dövrlərdə Avropa ilə ABŞ arasındakı müəyyən rəqabət və qarşıdurmalarla əlaqəli kimi qiymətləndirilməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib.

media-ismail-cingoz

O, xristian dövlətlərinin Fələstinin tanınması ilə bağlı sərgilədiyi mövqeni şərh edib.

Müsahibimiz diqqətə çatdırıb ki, 2021-ci ildə AUKUS anlaşması ilə İngiltərə, ABŞ və Avstraliya Fransanı kənara itələmişdi:

“Bu səbəbdən, Fransa, ilk növbədə, ABŞ olmaqla yanaşı, İngiltərə və Avstraliya ilə siyasi və iqtisadi rəqabətə girmişdi. Bununla yanaşı, Avropa ölkələrində ictimai təzyiq ərəb ölkələrinə nisbətən daha güclüdür. Çünki demokratik hüquqlar çərçivəsində Avropa xalqlarının hakimiyyətə təzyiq göstərmək, yanlış siyasətləri açıq şəkildə tənqid etmək imkanları mövcuddur. Halbuki Yaxın Şərqdə, xüsusilə də müsəlman ölkələrində bu məsələdə ciddi çətinliklərin olduğu görünür”.

Onun sözlərinə görə, bununla yanaşı, ABŞ-nin Fələstin dövlətinin tanınmaması üçün Avropa ölkələrinə təzyiq göstərdiyi də məlumdur:

“Xüsusilə də ABŞ Prezidenti Donald Tramp dövründə Fransa, İngiltərə, Kanada kimi ölkələrə açıq şəkildə hədə dolu təzyiqlər edildiyi görünməkdədir. Eyni zamanda yəhudi diasporunun bu məsələdə təsir göstərmək cəhdləri də diqqətdən kənarda qalmır. ABŞ ilə yaxın münasibətləri olan Yaxın Şərqdəki müsəlman ölkələri təhlükəsizlik narahatlığı yaşayır. Çünki ABŞ ilə qarşıdurmaya getməyin nəticəsi olaraq çevriliş, hakimiyyət dəyişikliyi və ya xalq hərəkatı ilə mövcud iqtidarın devrilə biləcəyi ehtimalı da gözardı edilməməlidir. Bu səbəbdəndir ki, Türkiyə istisna olmaqla, müsəlman ölkələri arasında Fələstin məsələsini yüksək səslə müdafiə edən başqa bir ölkə, demək olar ki, yoxdur”.

Müsahibimiz əlavə edib ki, eyni zamanda Fələstin xalqını ərəb hesab etməyən ərəb ölkələrinin də mövcud olduğu unudulmamalıdır:

“Çünki bəzi iddialara görə, fələstinlilər miladdan əvvəl VI əsrdə Egey adalarından gəlmiş filistlərin nəslindən olduqları üçün etnik və tarixi baxımdan fərqli köklərə sahibdirlər. Bu səbəbdən fələstinliləri ərəb saymayan ölkələrin mövzuya özlərini müəyyən qədər kənar tutaraq yanaşdıqları müşahidə olunur”.

“Digər tərəfdən, 1948, 1967 və 1974-cü illərdə baş verən ərəb-İsrail müharibələrində İsrailin qalib gəlməsi, xüsusilə də 1967-ci ilə qədər müharibələrin Fələstin xalqının taleyi üzərindən deyil, əksinə, İsrailə verilmiş Fələstin torpaqlarına qonşu ərəb ölkələrinin iddiaları üzərindən aparılması da unudulmamalıdır. Yalnız 1967-ci ildən sonra məsələ daha çox “Fələstin məsələsi” kimi qaldırılmağa başlanmışdı”, – deyə o, əlavə edib.

“Bütün bunlardan çıxış edərək demək olar ki, ərəb ölkələri fələstinliləri ərəb saymadıqlarına, ABŞ-la dərin əlaqələrindən dolayı təhlükəsizlik narahatlığı yaşadıqlarına və ictimai təzyiqlərin demək olar ki, mövcud olmamasına görə Fələstin məsələsinə isti yanaşmırlar. Bundan əlavə, bəzi ərəb ölkələrinin dini–məzhəbi fərqliliklər səbəbilə fələstinlilərə qarşı başqa mövqedən yanaşdıqları da diqqətə alınmalıdır”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa