“Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” – BMT kürsüsündə BÖYÜK REZONANS

media-hightechnic-468x90

“Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci sessiyası, əsasən, Fələstin və Qəzza məsələsinə fokuslanacaq. İslam dünyasından qatılan bütün liderlər bu mövzunu ən yüksək səviyyədə gündəmə gətirirlər və gətirəcəklər”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-hasan-oktay1

Siyasi təhlilçi BMT-nin 80-ci sessiyası çərçivəsində baş tutan danışıqları şərh edib.

Onun sözlərinə görə, Trampın ikinci dəfə etdiyi çıxışda hər mövzuya toxunması, lakin heç birinə dərindən girməməsi, əslində, bir mənada onun İslam dünyası münaqişəsində vasitəçi rolunu oynamaq istədiyini göstərir:

“Son günlər bəzi ölkələrin 150 ölkə tərəfindən tanınmış Fələstin dövlətini tanımağa başlaması isə Trampın “Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” kimi daxili tutarsız bir ifadəni, 2026-cı ilin noyabrında keçiriləcək Senat seçkilərində yəhudi lobbisinin dəstəyini itirməmək məqsədilə söylədiyi kimi qiymətləndirilə bilər. Tramp, bir tərəfdən, ABŞ daxili ictimai rəyi tarazlamağa çalışarkən, digər tərəfdən Çinin qarşısı alınmaz yüksəlişinə diqqət çəkməyə çalışdı. O, dövlət daxilində dövlət təşkilatlanmasına malik yəhudi lobbisini nəzarət altına alaraq Amerikanı “dövlətləşdirməyə”, eyni zamanda Çin təzyiqini zəiflədərək dünyanı rahatlatmağa çalışdı”.

H. Oktayın fikrincə, İslam Əməkdaşlıq Təşkilatının BMT-nin 80-ci sessiyası öncəsi keçirdiyi kritik toplantı isə İslam dünyasının da yavaş-yavaş öz mövqeyini qəbul etdirməyə çalışdığını göstərir.

“Trampın BMT-nin 80-ci sessiyasında etdiyi çıxış, meqalomaniyaya bənzəsə və onun “çətin ruhunu” əks etdirə bilsə də, arxasında ABŞ-ı dövlətləşdirmə layihəsi dayandığını anlamaq lazımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa