Fələstinli qadın güllələndi
Fələstində bir qadın İsrail təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib.
Həmin qadın Qərb Sahili regionunun cənub hissəsində yəhudi məskunlardan birinə bıçaqla xəsarət yetirdiyi üçün İsrail əsgərləri tərəfindən güllələnib.
Bu açıqlama İsrail ordusu tərəfindən irəli sürülüb. Ordunun açıqlamasına görə, Betlehemin cənubunda, Quş Etzion məntəqəsi yaxınlığında bıçaqlanan İsrailli ciddi xəsarət alıb. “Ərazidə olan təhlükəsizlik qüvvələri şübhəli şəxsi dərhal zərərsizləşdirmiş və yaralını xəstəxanaya çatdırmışdır” – həmin açıqlamada deyilir.
Qeyd edək ki, İsrail ordusunun həmin hadisəylə bağlı nisbətən əvvəl yaydığı açıqlamada isə fələstinli qadının İsrail əsgərini bıçaqladığı bildirilirdi.