Fərəc Quliyev seçkilərlə bağlı qərarını dəyişib? – Özü AÇIQLADI

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyi ilə bağlı yerli mətbuatda informasiyalar dərc olunub.

Məlumata görə, MDHP sədri 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Məsələni dəqiqləşdirmək üçün F. Quliyevlə əlaqə saxladıq.

MDHP sədri Yenicag.az-a açıqlamasında yayılan xəbərləri təkzib edərək söyləyib ki, o, builki seçkilərdə iştirak etmək niyyətində deyil.

“Bu informasiya yerli mətbuatda yer alıb. Mən bir daha təsdiq edirəm ki, builki seçkilərə qatılmayacağam. Partiyamızın 2024-cü il seçkilərinə qatılacaq, mən isə yox. Təəssüf ki, bu xəbər doğru deyil”, – deyə partiya sədri məsələyə aydınlıq gətirib.

Xatırladaq ki, iyulun 19-da Yenicag.az-a açıqlamasında Fərəc Quliyev bildirib ki, o, bu il parlament seçkilərində iştirak etmək fikrində deyil.

“Qatılmamaq istəməməyimin səbəbi isə budur ki, orada müəyyən şərtlər və məsələlər mənə uyğun gəlmədi. Ona görə də qatılmaq istəmədim”, – deyə o qeyd edib.

Qeyd edək ki, F. Quliyev Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, eləcə də Milli Məclisin IV və V çağırış deputatı olub.

Rafi Müslümov

COP29