Fərəh Əliyevaya daha bir vəzifə tapşırdı

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibini təsdiq edib.

Yenicag.az xəbər verir ki, 10 nəfərlik Himayəçilik Şurasının əvvəlki tərkibindən 3 nəfər çıxarılıb. Bunlar Akif Əlizadə, Etibar Nəcəfov və Tahir Salahovdur.

Əlavə edilən üzvlər isə İsa Həbibbəyli, Fərəh Əliyeva və Nailə Vəlixanlıdır.

Beləliklə, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfovun yerinə Himayəçilik Şurasına PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva təyin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600