Fərid Şahbazlı İstanbulda görüşlər keçirib

media-hightechnic-468x90

10423928_663737407077373_7720616259660775573_nTürkiyədə səfərdə olan “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı İstanbul şəhərində bir sıra görüşlər keçirib. Birliyin İctimaiyyətlə əlaqələr katibliyinin məlumatına görə, F.Şahbazlı ilk öncə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasını(Türk Konseyi) ziyarət edib. Şuranın baş katibi Ramil Həsənovla görüşən İGİB sədri onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, qurumun Türk Dünyası ölkələri arasında faydalı əməkdaşlığın qurulması işində mühüm əhəmiyyətə malik olduğunu dilə gətirib.

F.Şahbazlı daha sonra Taksim Sərgi və Konfrans salonunda təşkil edilən “İşğal öncəsi və sonrası Qarabağda 3 Nəsil 1 Soyqırım Əşya Sərgisi”nə qatılıb. Sərgi çərçivəsində Fərid Şahbazlı Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Həsən Zeynalov və TBMM deputatı Sinan Oğanla görüşüb.

İGİB sədri eyni zamanda Türkiyə Öğrənci Konseyi başqanı Nihat Buğra Ağaoğlu ilə bir araya gəlib. Görüşdə ətrafında Türkiyədə təhsil alan 4 milyondan artıq yerli və xarici tələbəni birləşdirən konseylə birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. Fərid Şahbazlı Azərbaycanda reallaşdırılan olduqca uğurlu dövlət gənclər siyasəti barədə konsey başqanına məlumat verib.

Fərid Şahbazlı eyni zamanda İstanbul Türk Ocağını da ziyarət edib. Ziyarət çərçivəsində Ocağın başqanı Cezmi Bayram və yeni seçilən Gənclik Qolları başqanı Mustafa Oğuz Yavaşça bir araya gəlinərək görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

1978841_644862622298185_2635613095850404414_n

 

1377206_666526553465125_4877474753775434552_n
10423928_663737407077373_7720616259660775573_n
10686996_663694217081692_3599552210181397619_n934877_666099336841180_5488077944000599274_n

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600