!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərid Şahbazlı Türkiyədə beynəlxalq təşkilatın sədrliyinə namizəd oldu

!Reklam – Yazi

image-121“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının Baş redaktoru Fərid Şahbazlı Türkiyədə magistr təhsili aldığı İstanbul Aydın Universitetinin(İAU) Beynəlxalq Tələbələr Birliyinin sədrliyinə namizədliyini irəli sürüb.

Bu barədə AZXEBER.COM-a danışan Fərid Şahbazlı qeyd edib ki, İstanbul Aydın Universiteti son illərdə Türkiyədə xarici tələbələrin ən çox seçdiyi vəqf universitetidir: “Bütün Türkiyə miqyasında isə İAU bu kateqoriya üzrə 12-ci yerdədir. Hazırda universitetimizdə dünyanın 97 ölkəsindən 3500-ə yaxın xarici tələbə təhsil alır. Düşündüm ki, illərdir davam etdirdiyimiz ictimai fəaliyyətimizi bu istiqamət üzrə də genişləndirməkdə fayda var. Universitetimizdə təhsil alan bir sıra digər fəal azərbaycanlı və xarici tələbələrin də fikirlərinin mənimlə üst-üstə düşməsi namizədliklə bağlı qərarımı qətiləşdirdi. Düşünürəm ki, əgər seçkilərin uğurla başa vursaq bir sıra mühüm və maraqlı layihələr icra edərək universitetimizin qazandığı uğurlara az da olsa töhfə vermiş olarıq. Bugündən seçki təbliğatına start veririk”.

Fərid Şahbazlı bildirib ki, onun seçki komandasında İstanbul Aydın Universitetinin Azərbaycanla yanaşı, Qazaxıstan, Əfqanıstan, Pakistan və bir sıra digər ölkələrdən olan tələbələri təmsil olunur: “Məqsədimiz İAU Beynəlxalq Tələbələr Birliyi olaraq universitetdə təhsil alan xarici tələbələrin elmi, ictimai və sosial sahədə fəaliyyət və təşəbbüslərini dəstəkləmək, eyni zamanda onların qarşılaşdığı bütün problem və çətinliklərlə bağlı ortaq həll yolu axtarmaqdır. Seçki kampaniyası dövründə bütün hədəflərimizi və proqramımızı xarici tələbələrimizə aydın bir şəkildə çatdıracağıq”.

Qeyd edək ki, İstanbul Aydın Universitet Türkiyənin ən böyük vəqif universitetlərindəndir. Universitetdə 33 mində artıq tələbə təhsil alır. Onlardan 3500-ə yaxını 97 xarici ölkəni təmsil edir.

 

Yenicag.az

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv