!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərid Şəfiyevdən ABŞ Konqresinin Nümayəndələr Palatasının qərarına MÜNASİBƏT

!Reklam – Yazi

ABŞ Konqresinin Nümayəndələr Palatasının oktyabrın 29-da 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır və beləliklə, tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək.

Yenicag.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur:

“Ümumilikdə, bu, bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyyətçi lobbidən asılı vəziyyət düşür, digər tərəfdən, dayanıqsız və müvəqqəti olur.

Bu, qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular, müvafiq olaraq, Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-milliyyətçi faktorların təsiri altına düşüb və fikrimcə, bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir.

Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq.

Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur”.

F.Şəfiyev vurğulayıb ki, Ermənistan və erməni lobbisi qəbul edilmiş qətnaməni tarixi qələbə kimi təqdim edir. Lakin baş verənlərin fonunda bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir:

“Bunun fonunda Azərbaycan torpaqlarının Ermənistanın təcavüzü nəticəsində işğalının tanınmasını və 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş faciəvi hadisəni soyqırımı kimi qəbul etməsini təhlükəsizliyinə müəyyən töhfə verməyə davam etdiyi Qərb tərəfdaşlarından daha prinsipial şəkildə tələb etməsi Azərbaycan üçün əhəmiyyət kəsb edir”./Oxu.az/

COP29

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv