“Nə ailəmə, nə də sənətimə xəyanət etmədim”.
Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist Fərqanə Qasımova Yalçın Uğurun “Bir gün” verilişində deyib.
Sevgisinə görə hər zaman mübarizə apardığını deyən sənətçi ilk dəfə şəxsi həyatından danışıb.
“Bir qadın olaraq həmişə xoşbəxt olmuşam. Sevilmişəm, sevmişəm. Sevdiyim insan üçün, ailəm üçün mücadilə edən bir xanım olmuşam. Əfsanə xanım olmuşam. Bəlkə də bir gün gələcək, mənim haqqımda əfsanələr yazılacaq ki, bu xanım ailəsi, öz sevdiyi insan üçün nələri fəda etdi, nələr canından keçdi. Sənəti və ailəsi üçün nələr etdi. Nə ailəmə, nə də sənətimə xəyanət etmədim”.
Nehru
www.yenicag.az