FETÖ-çü iş adamı təslim oldu
Türkiyədə Fətullahçı Gülən Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaqdan yayındığı iddia edilən “Fİ YAPI” şirkətinin sahibi Fikrət İnan təslim olub.
Bu barədə AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.
O, təslim olması barədə qərarını belə izah edib: “Mətbuatdan fərari olduğum barədə xəbərləri oxudum. Heç bir əsası yoxdur. Bu səbədən də təslim olmağı qərara aldım”.
Qeyd edək ki, Türkiyədə FETÖ-yə maliyyə dəstəyi göstərdiyinə görə, 120-dən artıq işa adamı istintaqa cəlb olunub.