!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-dən zərər çəkmiş sabiq baş prokuror: “Manipulyasiya etməyə çalışacaqlar”  

!Reklam – Yazi

Türkiyənin Ərzincan vilayətində baş prokuror vəzifəsində çalışarkən FETÖ terror təşkilatının üzvləri tərəfindən tələm-tələsik saxlanılan CHP-nin İstanbuldan seçilmiş millət vəkili İlhan Cihaner Yenicag.az-a açıqlama verib.

İlhan Cihaner

O qeyd edib ki, terror təşkilatının fərari üzvləri Zekeriya Öz, Celal Kara və Mehmet Yüzgeç barəsində Ali Məhkəmənin qərarından sonra qırmızı büllütenlərin verilməsi düzgün addımdır:

“17-25 dekabrda çevriliş cəhdində adı hallanan şəxslər məhkəmə qarşısına çıxmalı idi. Ali Məhkəmənin qərarı ilə Türkiyədə hüquqşünaslıq sahəsini alt-üst etmiş fərarilər barədə qırmızı büllütenlərin yayımlanması addımını hamı dəstəkləməlidir. Prosesin bundan sonrakı mərhələsində onların “gizli təşkilat üzvü kimi” İnterpol vasitəsilə axtarışa verilib Türkiyəyə qaytarılmalarını tələb etməliyik. O zaman müsbət cavab ala biləcəyimizi düşünürəm. Fərariləri olduqları ölkədən geri qaytarmaq üçün onları “siyasi cinayət”də ittiham etməməliyik. Yoxsa onlar manipulyasiya etməyə çalışacaqlar. Hüquqa ləkə olan bu fərarilərin ölkəyə gətirilməsi terror təşkilatının gizli fəaliyyətlərinin aşkara çıxarılmasına səbəb olacaq”.

www.yenicag.az

1487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv