Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

FETÖ “imam”ı ailəsi ilə birlikdə ələ keçdi – Xüsusi əməliyyat - VİDEO

FETÖ terror şəbəkəsinin Türkiyədə gizlənən “imam”larından biri Türkiyə xüsusi xidmət orqanları ilə polisin keçirdiyi birgə əməliyyat nəticəsində saxlanılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Polisindən yayılmış açıqlamada qeyd olunub.

Açıqlamada bildirilib ki, FETÖ-nün ifşası üzrə Kartal ərazisində həyata keçirilən əməliyyat zamanı gülənçilərə məxsus xüsusi evə hücum edilib.

Əməliyyat nəticəsində FETÖ-nün “imam”ı M.Y, onun həyat yoldaşı G.Y və təşkilat üzvləri ilə əlaqə quran qızı B.Y gözaltına alınıb.

Axtarış zamanı evdən 6 min 800 lirə, 2 min 800 dollar, 15 min 980 avro və bəzi xüsusi avadanlıqlar götürülüb.

Saxlanılanlar barəsində təhqiqat aparılır.

Qeyd edək ki, FETÖ üzvləri ilə “Bylock” proqramı vasitəsilə əlaqə saxlayan 1 nəfər və terror şəbəkəsinə məxsus evlərə basqın nəticəsində daha 8 nəfər həbs olunub.

www.yenicag.az

3444