!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fevralda Türkiyədə 93 terrorçu zərərləşdirildi

!Reklam – Yazi

Türkiyənin daxili işlər nazirinin köməkçisi İsmail Çataklının verdiyi məlumata görə, fevral ayında ölkədə aparılan əməliyyatlar nəticəsində 93 terrorçu zərərləşdirilib.

Yenicag.az xəbər verir ki, məlumata görə, 2016-cı il iyulun 15-dən etibarən ölkə üzrə FETÖ ilə əməkdaşlıqda şübhəsindən 511 min 646 nəfər saxlanılıb. Onlardan 30 min 709 nəfəri hələ də həbsdədir.

Bundan əlavə məlumatda deyilir ki, FETÖ əməkdaşlarının öz aralarında istifadə etdikləri “Bylock” xəbərləşmə sistemindən istifadədə şübhəli bilinən 95 min 310 nəfər aşkarlanıb. Onlardan da 4 min 676 nəfəri saxlanılıb. Sistem istifadəçisi olan daha 79 min 337 nəfərə müvafiq məhkəmə icraatı tətbiq olunub./AZƏRTAC/

COP29

www.yenicag.az

11517
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv