!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəxrəddin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşdü - FOTOLAR

!Reklam – Yazi

Ankarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüblər.

Qonaqları salamlayan Fəxrəddin Altun Agentliyin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin rəsmisi Vüsal Quliyev Fəxrəddin Altuna qəbula görə təşəkkürünü bildirirək Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. V.Quliyev Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşərək, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, görüş barədə məlumat Türkiyə Respublikası Prezident Administrasiyasının Komunikasiya İdarəsinin veb saytında yerləşdirilib.

COP29

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv