!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəzail Ağamalı namizəd olmaqdan niyə imtina etdi? – Partiya sədri ilginc səbəbləri AÇIQLADI

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının qızı Günay Ağamalı bu Milli Məclisə keçiriləcək seçkilərdə öz namizədliyini verib.

Məlumat üçün bildirək ki, stajlı siyasətçinin övladı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən parlamentdə stul əldə etmək üçün mübarizə aparacaq.

Yenicag.az AVP sədrinin məsələyə münasibətini öyrənmək üçün onunla əlaqə saxlayıb.

F. Ağamalı saytımıza açıqlamasında bildirib ki, partiyası bu barədə artıq qərar qəbul edib:

“Biz artıq dünən Ana Vətən Partiyasının İdarə Heyətinin qərarını açıqladıq. Orada bildirildi və ölkə mətbuatında da yazıldı ki, Fəzail Ağamalı qarşıdan gələn növbədənkənar parlament seçkilərinə iştirak etməyəcək. Yəni mən artıq seçkilərdə iştirak etmək niyyətində deyiləm”.

Qızı G. Ağamalının namizədliyini verməsinin birmənalı qarşılanmaması ilə bağlı suala isə qocaman siyasətçi belə cavab verib:

“Hərənin öz fikri var, biz nə deyə bilərik ki? Günay Ağamalı Azərbaycan vətəndaşıdır, 18 yaşından AVP-nin üzvü olaraq fəaliyyət göstərir, Konstitusiyaya və AVP-nin qanuni sənədlərinə əsasən, o da seçkilərdə iştirak etmək hüququna malikdir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv