ANS-MTRŞ qovğasına Qarabağ qazilərindən reaksiya gəlib. Tanınmış jurnalistı, Qarabağ qazisi Rey Kərimoğlu Facebook hesabından məsələyə özünəməxsus şəkildə bildirib:
“ANS elə bilir ki, MTRŞ rəhmətlik Qarabağ qazisi Oruc Məmmədəliyevdir. Məhkəməyə verə, yaramaz bir “jurnalist”ini də onun üzünə durdura, şərləyə və hakimə də hədə-qorxu gələrək istəyinə nail ola. Yox, “dostlar”, bu, MTRŞ-dır ey! Arxasında duranlar dartıb sizin…Lənət şeytana!”
Qeyd edək ki, ANS Qarabağ qazisi Oruc Məmmədəliyevi kameranı sındırmaqda ittiham edilərək,
əsassız şəkildə həbs olunub və 4 ay Bayıl təcridxanasında saxlanıldı. Halbuki məhkəmədə Orucun bu işi törətdiyi sübut olunmadı. Amma buna baxmayaraq, məhkəmə qərarı ilə o, etmədiyi cinayətə görə ANS-ə 14 milyon manat vəsait ödədi. Məhz bu saxta ittihama görə vətən uğrunda sağlamlığını itirmiş döyüşçü 4 ay həbsdə yatarkən yüksək qan täzyiqi xəstəliyinə düçar olmuşdu.
O.Məmmədalıyev 2006-cı il 17 may tarixində yüksək qan təzyiqi ilə Topçubaşov adına Eksperimental Xəstəxanaya gətirilərək kəskin qan laxtalanmasından əməliyyat olunmuşdu. Ancaq bu əməliyyatdan sonra Oruc özünə gəlməmiş və vəfat etmişdi.
Yenicag.az
www.yenicag.az