!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN-dən polisin öldüyü qəza ilə bağlı məlumat

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə dair məlumat yayıb.

Yenicag.az FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin 112 – qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Gəncə Regional Mərkəzinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəzada ölən E.Çağırqanov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv