Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
22:24
Xırdalanda yaşayış binasında partlayış olub.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.
Əlavə məlumat veriləcək.
www.yenicag.az