FHN-dən yanğınla bağlı açıqlama

media-hightechnic-468x90

FHN_truckXətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə bildirib ki, dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq.

media-banner_tkm

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: “Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb”

R. Xudiyev deyib ki, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: “Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır”.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: “Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq”. İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklərini bildiriblər: “İstəyənləri yerlə təmin edəcəyik”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05