FHN Yardımlıdakı dəhşətli yanğınla bağlı məlumat yaydı – Yenicag.Az

Reklam

Reklam

İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın məhdudlaşdırılıb. Ərazidə açıq alov yoxdur, bəzi yerlərdə tüstülənmə mənbələri var.

Fövqəladə Hallar nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, hazırda həmin tüstülənmə mənbələrinin söndürülməsi işləri həyata keçirilir.

Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlı ərazi olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 90 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, “Mi-17” yanğınsöndürmə helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 180 nəfər əməkdaşı və yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4531
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."