FİFA-dan tarixi qərar
Yeniçağ.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino bu gün çox maraqlı təkliflə çıxış edib. Beləliklə, 2026-cı ildən etibarən futbol üzrə dünya çempionatlarının finalında 48 milli komanda iştirak edəcək.
48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaqlar. Qrupda ilk iki yeri tutan yığmalar “pley-off”a vəsiqə qazanacaq.
Mundialda Avropaya 16, Afrikaya 9,5 (bir yığma digər qitədən olan komanda ilə “pley-off” qarşılaşması keçirəcək), Asiyaya 8,5, KONMEBOL-a 6,5, KONKAKAF-a 6,5, Okeaniyaya 1 yer ayrılması nəzərdə tutulub.
Yenicag.az