FİFA rəsmisindən şokedici etiraf
FİFA-nın İcraiyyə Komitəsinin keçmiş üzvü Çak Bleyzer rüşvət haqqında şokedici etiraf edib.
Yenicag.az xəbər verir ki, Bleyzer 1998 və 2010-cu il dünya çempionatı öncəsi rüşvət aldıqlarını bildirib. O, çempionatın 1998-ci ildə Fransada, 2010-cu ildə isə Cənubi Afrikada keçirilməsini dəstəkmək müqabilində rüşvət alıb.
“Mən və FİFA-nın İcraiyyə Komitəsinin digər üzvləri Cənubi Afrika Respublikasının 2010-cu ildə dünya çempionatının ev sahibi seçilməsi üçün rüşvət almağa razılaşmışdıq”, – deyə Çak Bleyzer bildirib.
Dünyanı şoka salan bu etirafdan sonra ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) dünya çempionatının keçirilməsinin niyə 2018-ci ildə Rusiyaya, 2022-ci ildə isə Qətərə həvalə edildiyini araşdırır. “FTB hal-hazırda gedən istintaqı nə təsdiq, nə inkar edir, nə də ki, bu araşdırmanı hər hansı formada şərh etmir”, – deyə FTB nümayəndəsi bildirib.