Fikrət Məmmədov Horadizdə vətəndaşları qəbul edib

media-hightechnic-468x90

65212Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 29-da ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunun Horadiz şəhərində Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qəbula yazılış qabaqcadan başlanılaraq vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600