!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Filippində narkomaniyaya qarşı mübarizə: 5 mindən çox insan həlak oldu

!Reklam – Yazi

Filippin hökumətinin yaydığı məlumata görə, narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatların gedişində 5 mindən çox insan həlak olub.

Yenicag.az xəbər verir ki, Filippin Prezidenti Rodriqo Duterte 2016-cı ildə hakimiyyətə gəldikdən sonra narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı siyasətin həyata keçirilməsinə başlayıb. Məhz onun tapşırığı ilə polis tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar zamanı narkodilerlər heç bir güzəşt edilmədən məhv edilir.

Filippin Narkotiklərlə Mübarizə İdarəsinin bu günlərdə yaydıdığı məlumata əsasən, noyabrın 30-dək ötən son 29 ayda aparılan əməliyyatlarda 5050 nəfər məhv edilib.

Bu genişmiqyaslı əməliyyatlar nəticəsində 600 deputat və dövlət məmuru daxil olmaqla, ümumilikdə 160 min nəfər həbs olunub./AzərTac/

COP29

www.yenicag.az

3628
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv