Filippininin Kotabato şəhərində yerləçən Ticarət mərkəzi yaxınlığında partlayış baş verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb.
Hadisəyə səbəb mototaksinin dayandığı yerdə partladılması olub.
Bu zaman ticarət mərkəzində Yeni ilə hazırlaşan yüzlərlə insan olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin səbələrini araşdırır. Hələ ki, heç bir terrorçu qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
www.yenicag.az