!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fiqurlu konkisürənimiz Qış Olimpiya Festivalında çıxışını başa vurdu

!Reklam – Yazi

Azərbaycanın fiqurlu konkisürəni Leyli Axundova “Bakuriani-2025” Avropa Gənclər Qış Olimpiya Festivalında növbəti çıxışını edib.

Milli Olimpiya Komitəsindən (MOK) Yenicag.az-a verilən məlumata görə, ötən gün qısa proqramda 33.84 xalla 28-ci olan idmançı bu gün sərbəst proqramda mübarizə aparıb.

Batumidə keçirilən yarışda təmsilçimizin çıxışı hakimlər tərəfindən 64.50 xalla qiymətləndirilib. O, bu nəticə ilə 26-cı yeri tutub.

Beləliklə, idmançımız festivalı 31 iştirakçı arasından 28-ci pillədə başa vurub.

Yarışı Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov və Azərbaycanın “Bakuriani-2025”dəki nümayəndə heyətinin rəhbəri, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da izləyib.

Yarışdan sonra idmançı ilə görüşən rəsmi nümayəndələr ona gələcək turnirlərdə uğurlar arzulayıb və bildiriblər ki, bu festival onun karyerasında böyük addım olacaq.

Qeyd edək ki, 48 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi festivalda atletlər 8 idman növündə (dağ xizəyi, biatlon, xizək yarışı, buz hokkeyi, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə) mübarizə aparırlar.

Avropa Gənclər Qış Olimpiya Festivalına fevralın 16-da yekun vurulacaq.

www.yenicag.az

68
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv