Fizika üzrə Nobel mükafatı laureatı Leon Maks Lederman 96 yaşında vəfat edib.
Yenicag.az xəbər verir ki, novator-tədqiqatçı Leon Lederman, Aydaho ştatının Reksberq şəhərində 3 oktyabrda dünyasını dəyişib.
O, bir neçə elementar hissəcik kəşf edib: myuon neytrinosu və antineytrino, myuoni, antideytron, ipsilon-mezon və b.
Qeyd edək ki, o, 1988-ci ildə Melvin Şvarts və Cek Steynberqlə birlikdə fizika üzrə Nobel mükafatı alıb.
www.yenicag.az