Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı
Oktyabrın 7-də Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
Yenicag.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyası 2025-ci ildə fizika üzrə Nobel mükafatını Con Klark, Mişel H. Devoret, Con M. Martinisə “makroskopik kvant mexaniki tunelin kəşfi və elektrik dövrəsində enerjinin kəmiyyətinin müəyyən edilməsinə görə” verilməsi barədə qərar qəbul edib.
Bu alimlərin superkeçirici elektrik sistemi bir vəziyyətdən digərinə keçə bilir. Onlar, həmçinin göstəriblər ki, sistem kvant mexanikasının proqnozlaşdırdığı kimi, enerjini xüsusi ölçülərdə udub buraxır.